Rəşad Həsənovun veb səhifəsi

Doktorantura təhsilim nə haqdadır?

Artıq 3 ildir ki, doktorantura təhsili alıram. Bu təhsil müddətində dissertasiyamın böyük əksəriyyətini tamamlamışam. Təhsili tam başa vurmağıma hələ var: qabaqda tezisin tamamlanması, dilinin üzərində iş və müdafiəsi var. Bu müddət ərzində istər Azərbaycanda, istərsə də, xaricdə dost-tanışlarım arasında “nə haqda yazırsan axı?” tipli suallar verənlər az olmadı. Deakin universiteti Biznes məktəbinin bu yaxınlarda keçirdiyi bir müsabiqə mənim gələcəkdə bu suala daha asan cavab verməyimə kömək edəcək.

Müsabiqənin adı “3 Minutes Thesis Competition” idi. Şərtlər sadə idi: dissertasiya mövzunu 3 dəqiqə ərzində, cəmi bir slayddan istifadə etməklə bu sahədə mütəxəssis olmayan şəxsə başa sal. Başqa sözlə, adi, qeyri-iqtisadçı insanla söhbət etdiyini təsəvvür edib, ona qısa şəkildə 3 ildə gördüyün işləri başa salmalısan.

Bu heç də asan başa gəlmədi. Çünki 3 il ərzində çox müxtəlif, maraqlı və fərqli nəticələr əldə etdiyimdən, 3 dəqiqə ərzində bunların hamısını ifadə etmək çətin idi. Ona görə, məcbur olub çıxışımı ən maraqlı tapıntılarım üzərində qurdum.

Bu şəkildə həmin slaydı təqdim edirəm.

thesis

İngiliscə yaxşı bilməyənlər üçün qısa xülasə:

1-ci yazı:

  • Avtoritar rejimlərin davamlılığı uzun olduqca, ölkənin krizislə üzləşmə ehtimalı azalır (yuxarı sıra, sağdakı qrafik);
  • Avtoritar rejimdən demokratik rejimə keçid dövründə ölkənin krizislə üzləşmə ehtimalları qəfil artır (yuxarı sıra soldakı qrafikdə);
  • Lakin bu tapıntılar heç bir halda avtokratiyanın demokratiyadan daha yaxşı olması anlamına gəlməməlidir. Krizislər bəzən ölkə iqtisadiyyatı üçün müsbət təsir göstərir.

Qeyd edim ki, bu tapıntıları 58 ölkədən1960-cı ildən 2010-cu illəri əhatə edən rəqəmlər əsasında əldə etmişəm.

2-ci yazı:

  • Seçkilər yaxınlaşdıqca ölkə iqtisadiyyatında kreditin miqdarı artır (orta sırada soldakı qrafik, qırmızı xətt). Bunun əsas səbəbi, seçkiqabağı hakimiyyətin əhalinin güzaranını yaxşılaşdırmağa çalışmasıdır;
  • İqtisadiyyatda kreditin həddən artıq çox olması bank böhranı ehtimalını artırır (orta sırada sağdakı qrafik);
  • Maraqlıdır ki, iqtisadiyyatını təhlil etdiyim ölkələrin tarixi göstərir ki, bank böhranları adətən seçkiqabağı dövrdə yox, daha çox seçkidən sonra baş verir (orta sırada sağdakı qrafik). Bunun da əsas səbəbi seçkiqabağı dövrdə hakimiyyətin hər vasitə ilə krizisdən qaçması, seçkilərdən sonra isə, rahatlaşmasıdır.

3-cü yazı:

  • Hökumətin çox pul xərcləməsi (buna iqtisadiyyatda fiskal genişlənmə deyirlər- hökumətin yollar, məktəblər tikməsi və s.) və vergiləri azaltması iqtisadiyyatın böhrandan çıxması üçün mühüm addımlardır;
  • Hesablamalar göstərir ki, ölkə iqtisadiyyatında problemlər varsa, fiskal genişlənmə 2 il ərzində iqtisadiyyatı əvvəlki vəziyyətinə qaytarmağa kömək edir (aşağı sıra, soldakı qrafik). Maraqlıdır ki, krizis vaxtı bu effekt 2 ilə yox, 1 il ərzində əldə edilir (aşağı sıra, sağdakı qrafik). Beləliklə, krizisdən ölkənin dərhal çıxması üçün, hökumətin çoxlu pul xərcləməsi, dolayısı ilə, iş yerləri açması mühümdür.

Bax belə. Çıxış zamanı zaldakıların üzündən və jürilərin şərhlərindən başa düşdüm ki, tam sadə dildə izah edə bilməmişəm. Bəzi məsələlər bəzi qeyri-iqtisadçılara çox texniki gəldi (məsələn, bəziləri qrafikləri anlamadıqlarını dedi). Deakin Universiteti üzrə final yarışması avqust ayında olacaq. O vaxta kimi bu slayd üzərində xeyli işləməli, onu daha da sadələşdirməliyəm. Bəlkə də, çıxışı hər üç yazı deyil, yalnız bir yazı üzərində qurmalıyam. Hər hansı bir məsləhət, şərhlər olarsa, böyük məmuniyyətlə qulaq asmaq istərdim.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on June 28, 2015 by in Digər mövzular and tagged , , , .

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com

Blog Stats

  • 45,330 hits
%d bloggers like this: