Rəşad Həsənovun veb səhifəsi

Bitkoin fırtınası

Son aylarda bitkoin və digər kriptovalyutalar (“elektron valyutalar”) haqda danışan insanların sayı durmadan artmaqdadı. Bu da təbiidir, səbəbi də anlaşılandır. “Bir neçə il əvvəl bitkoinə 100 dollar investisiya etmiş olsaydınız, indi milyonçu idiniz” kimi cümlələri çox eşitmişik. Həqiqətən də, 2011-ci il yanvarın 1-də 100 dollarlıq bitkoin almış olsaydınız, indi 5 milyon dollardan çox pulunuz ola bilərdi. Çox uzağa getməyək, bu ilin əvvəlində bitkoin alan adam yatırdığı məbləğin təxminən 20 qatını geri götürə bilər…

Bu misli görünməmiş qiymət artımı səbəbindən, artıq, bitkoin və digər kriptovalyutalar haqda müzakirələr yalnız texniki biliyi yüksək olan insanların çevrəsindən televiziya ekranlarına yol tapıb. Son bir neçə həftədə “Bitkoinin qiyməti 10 min dollar həddini keçdi” tipli məqalə və xəbər başlıqlarına, demək olar ki, hər gün rast gəlinir.

Bütün bunların nəticəsində bitkoinə pul yatırmaq istəyənlərin sayı günü-gündən artır. Təbii ki, bir çox potensial “investorların” bitkoin və onun arxasında duran “blockchain” texnologiyası barədə bilgisi yoxdur. Elə mənim özüm də bu barədə dərin bilgilərə malik deyiləm. Amma ən azından biraz oxuyub araşdırmışam, müəyyən şeylər öyrənmişəm. Ona görə belə qənaətə gəldim ki, növbəti bir neçə həftə ərzində kriptovalyutalar barədə silsilə məqalələr yazım.

Başa düşdüyüm qədərilə, Azərbaycan dilində bu barədə kifayət qədər resurs yoxdur. Əsas məqsədim bu barədə bildiklərimi xarici dil bacarığı məhdud olan (buna görə də xarici resurslara çıxışı olmayan)  və ya sadəcə tənbəllik edib araşdırma aparmaq istəməyən oxuculara çatdırmaq, bu prossesdə öz biliklərimi artırmaq olacaq. Ona görə də, hansısa bir sualı olan və ya hansısa bir mövzuya toxunmağımı istəyən dostlar bu barədə facebook səhifəmdə və ya bu postun altında şərhlər yaza bilər.

 

One comment on “Bitkoin fırtınası

  1. turalturan
    February 7, 2018

    Bitcoin və Ethereum-dan başqa hansı kriptovalyutalara investisiya etməyə dəyər, necə hesab edirsiniz?
    Azərbaycanda kriptovalyutaları kağız pula çevirmək mümkün deyil, bildiyim qədəri ilə. Yaxın gələcəkdə belə bir şey mümkündür və ya mümkün olması üçün nə etmək lazımdır?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on December 13, 2017 by in İqtisadiyyat.

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com

Blog Stats

  • 45,196 hits

Ən çox oxunanlar

%d bloggers like this: