Saytın məqsədi
Şəxsi bloqumu yaratmaq üçün bir neçə səbəb var. Əvvəla, mühüm məsələlərlə bağlı (bəzən mühüm olmayan məsələlər də ola bilər) fikirlərimi digərləri ilə bölüşmək, başqalarının yazılarım və fikirlərim haqqında düşündüklərini öyrənmək istəyirəm. Fikrimcə, bu həm mənim üçün, həm də oxucular üçün maraqlı olar.
İkincisi, azərbaycandilli oxucuların beynəlxalq mənbələrə çıxışının zəif olmasını nəzərə alaraq, bəzi məsələləri onlara çatdırmağı planlaşdırıram. Gələcəkdə daha geniş informasiya və resurslar yerləşdirməyi nəzərdə tuturam.
Bundan başqa, dostlar arasında maraqlı fikirləri olanlar bu sayta töhfə vermək istəsə sevinərəm. Qonaq yazarlar bölməsi bu məqsədlə yaradılıb.
Qeyd etmək istəyirəm ki, bu sayt yalnız iqtisadiyyat deyil, digər mövzuları (idman, səyahət, gündəlik həyatımız və s.) da əhatə edəcək.
Uğurlar Rəşad. Əslində ideyan və yazıların çox xoşuma geldi və mənim də çoxdankı istəyimdir. Bəzi məqalələrini nəinki dəqiq, həm də vaxtında yazmısan (məsələn, təqaüdçülərə məslətin:)). Yazılarını maraqla gözləyirəm. Təşəkkürlər.
Rashad muellim you failed me, but anyways, good luck!
Good luck, Deniz, hope you never fail again!