Rəşad Həsənovun veb səhifəsi

Neft, koronavirus və pul köçürmələri

Heç kimə sirr deyil ki, bir çox azərbaycanlı ailə xaricdən maliyyə dəstəyi alır. Hətta bir çox ailələrin yaşayışı birbaşa bu pul köçürmələrindən asılı olur. Məsələn, 2018-ci ildə bu köçürmələrin dəyəri 1.3 milyard dollar təşkil edib. Bu isə ÜDM-in 2,6 faizi deməkdir. Bu rəqəm Gürcüstan və  Ermənsitanda daha yüksək, yəni 10 faizdən yuxarı olsa da, bizdə də özü-özlüyündə kiçik rəqəm deyil. Azərbaycana pul köçürmələrinin ən pik həddi 2012-ci ildə olub. Həmin il ölkəmizə 2 milyard dollara yaxın pul köçürülüb. Rusiyadakı devalvasiya və iqtisadi böhrandan sonra isə bu rəqəmlər azalmağa başlayıb.

Pul köçürmələri, mənbə ölkə iqtisadiyyatı ilə münasibətdə tsiklik, ev ölkənin iqtisadiyyatı ilə münasibətdə isə anti-tsiklikdir. Başqa sözlə, vətəndə (Azərbaycanda) iqtisadi durum pisləşəndə köçürmə miqdarı artmalı, yaxşılaşanda isə azalmalıdır. Aşağıdakı qrafik bu münasibəti təsdiq edir. Bir tərəfdə (vertikal) rüblük pul köçürmələrinin artımı, digər tərəfdə isə Azərbaycan iqtisadiyyatının rüblük artımı təsvir olunub. Mənfi münasibət yuxarıda qeyd olunan fərziyyəni təsdiqləyir.

Digər tərəfdən, gözləmək olar ki, Rusiya iqtisadiyyatında dirçəliş baş verdikdə, Azərbaycana köçürmələr də artacaq. Həmyerlilərimiz daha çox pul qazanacaq və “evdəkilərə” daha çox pul göndərəcək. Bu fərziyyə də öz təsdiqini tapır. Aşağıdakı qrafikdə müsbət münasibət onu deməyə əsas verir ki, Rusiya iqtisadiyyatında artım müşahidə olunduğu illərdə köçürmələrin dəyərində də artım hiss edilir.

Nəhayət, sonuncu məsələ. Köçürmələr yalnız miqrantların gəlirindən yox, həmçinin valyuta məzənnəsindən asıldır. Bu baxımdan aşağıdakı qrafik rubl/dollar məzənnəsi ilə köçürmələrin artımı arasında münasibəti göstərir. Rubl ucuz olduğu vaxtlarda köçürmələr azalır və tərsinə – rubl güclü olduğu vaxtlar köçürmələr də artımla müşaiyət olunur.

Dünya Bankının son proqnozlarına görə, dünyada miqrantların pul köçürmələrində kütləvi azalma baş verəcək. Səbəb bəllidir- koronavirusa görə miqrant kimi işləyən insanların evlərinə pul göndərməyə vəsaiti olmayacaq. Lakin məsələnin digər tərəfi də var. Rusiya da bizim kimi neftdən asılı ölkədir. Bu baxımdan, neftin qiymətində dəyişikliklər birbaşa orada işləyən həmyerlilərimizin gəlirlərinə və dolayısı ilə də, Azərbaycana olacaq pul köçürmələrinə təsir edir. Yuxarıdakı (saöda) qrafik bunu sübut edir. Neftin ucuzlaşdılğı rüblərdə Rusiyadan Azərbaycana köçürmələr azalır və əksinə. Məsələn, 2014-cü ilin sonuncu rübündə neft qiymətləri 100 dolardan 75 dollara endi. Həmin rübdə köçürmələrin məbləği 400 milyon dollardan 300 milyona endi. Növbəti rübdə neftin qiyməti 75 dollardan 54 dollara endi və yenə də, köçürmələrdə külli miqdarda azalma müşahidə olundu (169 milyon dollar).

Bütün bunlar deməyə əsas verir ki, əgər trendlər davam etsə, Rusiyadan ölkəmizə həmyerlilərimiz tərəfindən göndəriləcək pulların dəyərində 20-40 faiz azalma baş verəcək ki, bu da ölkəyə 250-500 milyon dollar dəyərində daha az valyutanın daxil olması demək olacaq… 

Əgər bu krizis bir neçə müddət də davam edərsə, dövlətin üzərinə düşən yük biraz da artacaq. Yardım paketləri mütləq bu şəxsləri nəzərə almalı, onları kənarda qoymamalıdır.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on April 23, 2020 by in İqtisadiyyat.

Navigation

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com
%d bloggers like this: