Rəşad Həsənovun veb səhifəsi

Dövlət yardımından kənarda qalanlar

Koronavirusun iqtisadi təsirlərinin aradan qaldırılması məqsədilə dövlətin dəstək proqramı açıqlandı. Ümumiyyətlə, proqram kifayət qədər əhatəlidir və yüz minlərlə vətəndaş və sahibkar bu proqramdan yararlanacaq. Lakin vacib bir məqam odur ki, proqramda əhalinin ən kasıb, ən təcrid olunmuş təbəqəsinə kifayət qədər yardım nəzərdə tutulmayıb.

Heç bir rəsmi sənəd olmadan şadlıq evlərində ofisiant, xadimə, fotoqraf kimi, mağazalarda satıcı kimi (tutaq ki, Binə və Sədərək bazarında), dövlət qeydiyyatına düşmədən dərzi, taksi, dəllək kimi çalışan on minlərlə vətəndaşımız var. Bu vətəndaşlar çox güman ki, işsizlik üçün qeydiyyata alınmayıblar və Proqramın işsizlər üçün nəzərdə tutulan birdəfəlik yardımına da uyğun deyillər. Proqramda həmçinin 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi nəzərdə tutulub. Lakin karantin dövründə bu iş yerlərinin necə yaradılacağı və hamının “evdə qal” dediyi bir anda işçilərin necə işləyəcəyi maraq doğurur.

Arqument gətirilə bilər ki, rəsmi işləməyənlər haqlı olaraq “cəzalandırılmalıdır”. Təbii ki, Azərbaycan reallıqlarında və mövcud səhiyyə və iqtisadi böhran şəraitində bu arqument çox gücsüzdür. İndiki anda Dövlətin rolu günahkar axtarmaq, kimlərisə cəzalandırmaq yox, vətəndaşa yardım etmək olmalıdır.

Nəzərə almaq lazımdır ki, yuxarıda adını çəkdiyim kateqoriyaya daxil olan insanlar cəmiyyətin ən təcrid olunmuş, ən kasıb təbəqəsidir və yardım ilk növbədə onlara ünvanlanmalıdır. Bu şəxslərin nə normal maaşı, nə normal iş şəraiti (məsələn, ödənişli məzuniyyəti), nə sığortası var. Həmin iş yerləri onlara yalnız gündəlik çörəkpulu verirdi və indi o işlər də olmayacaq.

Sual oluna bilər ki, qeydiyyatda deyillərsə dövlət onları necə tapsın? Yəqin ki, bir yolu var. Necə olur, əsgərliyə aparmaq vaxtı gələndə Qusarın və ya Ağstafanın hər hansı ucqar kəndində olan 18 yaşlı oğlana vaxtlı-vaxtında çağırış vərəqəsi gələ bilir?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on April 6, 2020 by in İqtisadiyyat.

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com

Blog Stats

  • 42,087 hits
%d bloggers like this: