Rəşad Həsənovun veb səhifəsi

Təşəkkürlər, ADA!

ADA Universiteti ilə tanışlığım Mərkəzi Bankda çalışdığım zamana təsadüf edir. O vaxt iş yerim vasitəsilə ADA-nın təşkil etdiyi Jean Monett proqramında iştirak etmişdim. Növbəti, daha yaxın tanışlıq, 2014-cü ilin dekabr ayında baş tutdu. O vaxt Universitetin təşkil etdiyi PhD konfransında iştirak üçün Bakıya gəldim. Konfrans xaricdə doktorantura təhsili alan azərbaycanlı tələbələri Bakıya dəvət edib onlarla tanış olmaq, onlara universitet barədə məlumat vermək üçün təşkil edilmişdi.

Dəqiq yadımdadır, o vaxt bu konfransda iştirakdan sonra Melburna qayıdanda Bakıdakı vəziyyət haqda soruşan azərbaycanlı dostlarıma demişdim ki, ADA və Asan xidmət Azərbaycanda son illərdə baş vermiş ən böyük müsbət dəyişikliklərdir.

Bu söhbətdən 4 il keçdi və tale elə gətirdi ki, yenidən ADA ilə yollarımız kəsişdi. 2018-ci ilin avqustundan 2019-cu ilin martına qədər Universitetdə dərs dedim. Ola bilsin nə vaxtsa yenidən ADA-ya qayıtdım. Ancaq gələcəkdə nə baş verməsindən asılı olmayaraq, ADA-ya təşəkkür borcum var və bu yazının əsas məqsədi də məhz budur. İngilislər demiş, “give credit where credit is due”.

Şəxsi zəmində olan təşəkkürləri (mənə etibar etdiklərinə, işlərimi tez qaydasına saldıqlarına görə) zəhməti keçən insanlara artıq şəxsən etmişəm. Ona görə bu yazıda ölkə üçün görülən işlərə görə təşəkkürlərimi bildirmək istəyirəm.

İlk növbədə, Azərbaycanda əsl təhsil ocağı, qərb standartlarına cavab verən universitetin yaradılmasına görə təşəkkürlər. Universitetin infrastrukturu, müəllim və administrativ heyəti keyfiyyətinə görə qərb universitetlərinin çoxundan geri qalmır. Hətta, mən deyərdim, bəzi məsələlərdə bir çox xarici universiteti üstələyir. Bu baxımdan, ölkə daxilində minlərlə savadlı kadrların, gənc azərbaycanlıların yetişməsində roluna görə təşəkkürlər, ADA!

Digər tərəfdən, universitet daxilində insanların bir-birinə münasibəti, mühit, ünsiyyət çox ürəkaçandır. Bütün bunlar həm tələbələri, həm də müəllim heyətini innovativ olmağa, təşəbbüs göstərməyə həvəsləndirir. ADA-da olduğum qısa zaman kəsiyində bir neçə əhəmiyyətli sosial layihələrin şahidi oldum. Maraqlısı da budur ki, bu layihələrin bir çoxunda tələbələr ya təşəbbüskar, ya da aktiv iştirakçı idilər. Belə bir mühitin yaradılmasına görə də ayrıca təşəkkür edirəm.

Və ən nəhayət… ADA-da müəllimlərə edilən hörmət, onlara göstərilən qayğı çox xoş və ürəkaçan idi. Təəssüflər olsun ki, son illərdə təhsil sahəsində olan problemlər ucbatından (istər sistem problemləri, istər aşağı maaşlar və s.) bir çox savadlı kadrlar, potensial müəllimlər təhsil sahəsindən uzaqlaşmışdı və ya ümumiyyətlə, ölkəni tərk etmişdi. Lakin ADA-da müəllimə verilən qiymət başqadır və məhz bunun sayəsində Universitet ölkənin bir çox savadlı kadrlarını ətrafında cəmləyə bilir.

Təşəküürlər ADA! Ən şərəfli peşələrdən biri olan müəllimlik peşəsinin hörmətinin, nüfuzunun qaytarılmasındakı danılmaz roluna görə, təşəkkürlər!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on March 17, 2019 by in İqtisadiyyat.

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com

Blog Stats

  • 45,330 hits
%d bloggers like this: