Rəşad Həsənovun veb səhifəsi

Manatın yaxın gələcəkdə taleyi necə olacaq?

Neftin qiyməti dünya bazarlarında yenidən düşməyə başladı. Hazırda bir barrel təxminən 49 ABŞ dolları dəyərindədir. Ekspertlərin rəyinə görə, neftin qiymətində, hələ ki, bahalaşma gözlənilmir. İrana qarşı sanksiyaların ləğvindən sonra dünya bazarına daha çox neft çıxarılması neftin bahalaşmasına olan ümidləri daha da azaldır. Tutaq ki, qiymətlər olduğu kimi qaldı və ya ucuzlaşmaqda davam etdi, onda nə olacaq?

Təbii, qlobal miqyaslı bu proses Azərbaycana da təsirsiz ötüşməyəcək. Bunun üçün Mərkəzi Bankın valyuta rezervləri ilə bağlı statistikasına nəzər salmaq kifayətdir (qrafiki böyütmək üçün üzərinə klik edin):

normal

Bu qrafikdə yaşıl sahə neftin qiymətidir (sağ şkala). Narıncı xətt isə Mərkəzi Bankın valyuta ehtiyatlarını göstərir. Qrafikdən görünür ki, neftin qiyməti düşdükdən bir müddət sonra valyuta ehtiyatları da azalır. Başqa sözlə, valyuta ehtiyatları bir müddət sonra neft qiymətlərinə reaksiya verir.

Bu arada haşiyə çıxaq və qısaca valyuta ehtiyatlarının əhəmiyyəti barədə danışaq. Ölkə xaricdən məhsul idxal edəndə onun pulunu xarici valyuta ilə ödəyir. Bu xarici valyutanı əldə eləməyin isə iki yolu var: ya məhsul ixrac edirsən, ya da xarici valyuta ilə borc alırsan. Neftin qiyməti yuxarı və ixracı bol olanda Azərbaycan xarici valyuta ehtiyatlarını xeyli artırmağa müvəffəq oldu (çünki neft baha qiymətə satılırdı və əvəzinə əldə edilən dollarlar idxalı ödəməkdən əlavə, valyuta ehtiyatlarının çoxalmasına da bəs edirdi). Neftin qiyməti düşdükdən sonra isə, ölkənin idxal etdiyi məhsulların haqqını ödəmək üçün valyuta rezervlərindən istifadə etməli oldu. Bunun nəticəsində valyuta rezervləri sürətlə əriməyə başladı. Bu, belə.

Keçək növbəti məsələyə. Valyuta ehtiyatlarının azalması niyə pisdi? Hazırda Azərbaycan manatı təxminən 95 Amerika sentinə bərabərdir. Mərkəzi Bank öz üzərinə öhdəlik götürüb ki, məzənnəni bu səviyyədə saxlasın. Təəssüf ki, bunu etmək asan deyil. Xüsusilə də nəzərə alsaq ki, neftin qiymətinin aşağı olduğu vaxtda və Mərkəzi Bankın gözlənilməz devalvasiya qərarından sonra manatın üzərində təzyiq yaranıb. İnsanların bir növ manata inamı azalıb. Bu təzyiq nəticəsində dolların qiyməti manata nəzərən qalxmalıdı. Ancaq Mərkəzi Bank məzənnəni stabil saxlamağı hədəf götürdüyündən valyuta bazarına müdaxilə edərək bazara dollar ötürür. Bununla da məzənnəni hələ ki, stabil saxlaya bilir. Valyuta rezervləri tükəndikdə isə məzənnəni stabil saxlamaq mümkün olmur, çünki bazara əlavə dollar ötürmək imkanları tükənir.

Qayıdaq yuxarıdakı qrafikə. Göründüyü kimi neftin qiyməti azalır və bir müddət sonra bu özünü dollar rezervlərinin azalmasında göstərir. Bunu daha yaxşı görmək üçün aşağıdakı qrafikdə neftin cari qiyməti ilə rezervlərin 2 ay sonrakı səviyyəsinə bir yerdə baxaq. Başqa sözlə, yuxarıdakı qrafikdə 2014-cü ilin iyul ayına olan rəqəmlər neftin iyul ayındakı qiyməti və Mərkəzi Bankın iyul ayındakı valyuta ehtiyatlarını göstərirdi. Aşağıdakı qrafikdə isə neftin iyul ayındakı qiymətinin rezervlərə 2 ay sonra- sentyabrda necə təsir edəcəyini görmək mümkündür. Görünən mənzərə odur ki, təxminən 2 ay ləngiməni nəzərə alsaq, neft qiyməti ilə rezervlərin hərəkəti üst-üstə düşür. Belə olan halda, son 2 ayın neft qiymətlərini növbəti 1-2 ay üçün siqnal kimi qəbul etmək olar.

lagged

Qrafikdəki “siqnal” sahəsi üzüaşağı trendə işarə edir. Yəni gözlənti odur ki, növbəti 1-2 ayda rezervlər daha da azalacaq. Belə olan halda, Mərkəzi Bank rezervlərini qorumaq üçün manatın məzənnəsini dollara müqayisədə ucuzlaşdıra bilər.

İnanıram ki, Mərkəzi Bankda, həmçinin digər dövlət qurumlarında olan iqtisadçılar bu məsələ üzərində ciddi düşünürlər. Ona da inanıram ki, vəziyyət kritik həddə çatmamış məqsədəuyğun addımlar atılacaq.

P.S. Bu yazı heç bir ekonometrik analiz aparılmadan yazılıb. Təbii ki, dəqiq və daha tutarlı nəticə əldə etmək üçün bu tip analiz kifayət deyil. Bu yazı məsələyə müəllifin ötəri baxışı kimi qəbul olunmalıdır.

P.P.S. Neftin qiyməti qalxarsa, bu analizin nəticəsini nəzərə almamaq olar.

4 comments on “Manatın yaxın gələcəkdə taleyi necə olacaq?

  1. Balashka
    August 8, 2015

    Ehtiyyat yox, Reshad bey, ehtiyat olmalidi. Bir Y herfi ile. Qalan fikirlerinizle raziyam)

  2. Maryam
    January 14, 2016

    Bir shey deyim de, eslinde cox gozel ve etrafli izah elamisiz, lakin aciqi deyim bunu hem pul sisteminde ekspert olmayan bir insan da proqnoz eliye bilerdi. Sualim ondadir,o vaxti siz meqalevizi meslehetlerle genishlendirseydiz hansi addimlari teklif eliyerdiz? Bir de ki, indiki situasiyada bir shey elemek olarmi? hansi tedbirler durumumuzu mulayimleshdire ya da (eger movcuddur) hetta bizi xilas eliye biler?
    P.S: Sizin kimi ali-tehsilli savadli insanlarin fikirleri cox deyerlidir, ona gore de demek istardim ki meslehet vermekden cekimeyin gelen yazilarivizda

  3. Rashad Hasanov
    January 18, 2016

    Maryam xanım, sağolun fikirlərinizə görə. O vaxt nə etmək barədə yazıların birində bir neçə fikir səsləndirmişdim, məncə. İndiki vəziyyətdə məsləhətim barədə yeni bir yazı yazacam, üzərində çalışıram. Sadəcə qısa olaraq onu deyə bilərəm ki, əhalinin kredit borclarının bağışlanması və ya restrukturizasiyası (yəni ödəmə şərtlərinin dəyişdirilməsi), vergi və gömrük sistemində köklü islahatların aparılması və yerli istehsal müəssisələrinin tikilməsi üçün dövlət xərclərinin çoxalması başımda olan (lakin üzərində tam fikirləşmədiyim) variantlardır. Ümid edirəm, yazı tezliklə hazır olar.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on August 8, 2015 by in İqtisadiyyat.

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com

Blog Stats

  • 39,668 hits
%d bloggers like this: