Rəşad Həsənovun veb səhifəsi

Milli mətbuat günü təbriki

22 iyul Azərbaycanda jurnalistlərin peşə bayramı kimi qeyd olunur. Atam jurnalist olduğundan, mənim üçün bugün həmişə özəl olub. Bu kiçik yazını atama həsr etmək istəyirəm. Və atamın timsalında bütün Azərbaycan jurnalistlərini peşə bayramları münasibətilə ürəkdən təbrik edirəm. Daha doğrusu, Azərbaycan JURNALİSTLƏRİNİ…

Texnologiyanın, xüsusilə də, sosial medianın sürətli inkişafı nəticəsində ölkəmizdə yüzlərlə qəzet, onlayn xəbər portalları, telekanallar yaranmağa başladı. İlk baxışda bu yaxşı bir tendensiya idi. Ancaq, bu tendensiyanın nəticəsində minlərlə “jurnalist” peyda olmağa başladı. Bəli, dırnaqarası jurnalist. Ona görə ki, onların çoxunun məqsədi insanları maarifləndirmək, inkişaf etdirmək əvəzinə, bayağı məlumatlar paylaşmaq, sensasiyalı xəbər başlıqları yaymaqdır. Bu “jurnalistlər”, onsuz da, intellekt baxımından heç də ürəkaçan vəziyyətdə olmayan yeniyetmələrə ali dəyərlər əvəzinə, şou, bayağı gülüş, kriminal aləmə meyl aşılayır. Nəisə, bu barədə bəsdi.
Bütün bu dəyişikliklərin fonunda, millətin ziyalanması üçün durmadan çalışan jurnalistlərin gördüyü işlər xüsusilə əhəmiyyətlidir. Bu baxımdan, atamı çoxlarına örnək hesab edirəm.

Atamın fəxri medalı yoxdur, əməkdar jurnalist də deyil. Ancaq, fikrimcə, minlərlə insanın ziyalanmasında, dünyagörüşünün bir qədər də olsa artmasında müstəsna xidmətləri var. Onun yazılı mətbuatda jurnalist kimi çalışdığı vaxtlar haqda danışa bilmirəm. Əvvəla, ona görə ki, həmin vaxtlar mən çox kiçik olduğumdan (və ya ümumiyyətlə mövcud olmadığımdan) şəxsi xatirələrim yoxdur. İkincisi isə, Avstraliyada oturaraq həmin dövrdə atamın gördüyü işlər barədə nümunə göstərmək asan deyil. Ona görə də, son 12 ilini həsr etdiyi televiziya jurnalistikası barədə yazmaq istəyirəm.

Bu fəaliyyətə ilk dəfə 2003-cü ildə Amerikada olarkən başladı. Orada olduğu 3-4 ay ərzində Amerika həyatının müxtəlif aspektlərini əks etdirən 9 sənədli film çəkdi. Bundan sonra isə, “İldırımlı yolun yolçuları” (XX əsrin 40-cı illərində fəaliyyət göstərən antisovet ruhlu “İldırım” təşkilatı haqda), “Unudulmuş qəhrəman” (Bakı və bakılıların İkinci Dünya Müharibəsi zamanı göstərdiyi müstəsna xidmət haqda), “Daşdan tikilmiş şəhər” (İçərişəhərin tarixi haqda), “106 nömrəli avtobusda partlayış” (1984-cü ildə Bakıda törədilmiş terror aktı barədə) və onlarla sənədli filmin ssenarisini yazdı, filmlərin ərsəyə gəlməsinə kömək etdi. Yuxarıda adlarını yazdığım filmlərin adları üzərinə klik etməklə youtube-da onları seyr etmək olar. Bundan başqa, “Bakı vaxtı” adlı sənədli filmlər toplusunu efirə verdi. Bu filmlərdən başqa, səyahət etdiyi xarici ölkələr haqda qısa sənədli filmlər çəkib yerli izləyiciləri həmin ölkələr haqqında məlumatlandırdı (“Qarabağ rəngləri Melburnda”, “Vatikandan…Romaya qədər” filmləri bu silsilədəndir).

Bütün bu yazdıqlarım atamın jurnalist fəaliyyətinin kiçik bir hissəsidir. Bunları yazmaqda əsas məqsədim onun fəaliyyətinə bir oxucu, izləyici kimi qiymət verdiyimi göstərmək, gördüyü işlərlə fəxr etdiyimi bildirməkdir.Yəqin, çoxunuz razılaşarsınız ki, indiki zamanda televiziya efirlərimizdə sənədli filmlər çəkən jurnalistlər barmaqla sayılacaq qədərdir. Bu baxımdan, fikrimcə, bu tip filmlərə, icitmai maarifləndirməyə böyük ehtiyac var. Hesab edirəm ki, atam bu sahədə jurnalist kimi öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlir. Bayramın mübarək, dədə!

    PS.Adətən bu bloqda yazdığım bütün məqalələr atamın “senzurasından” keçir. Ümid edirəm, bu dəfə “senzuraya” göndərilməyən yazıya görə məni qınamaz. J

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on July 22, 2015 by in İqtisadiyyat.

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com

Blog Stats

  • 45,196 hits

Ən çox oxunanlar

%d bloggers like this: