Rəşad Həsənovun veb səhifəsi

Xaricdə oxuyan tələbələr: təqaüdlərinizi yerli valyutaya dəyişin

Əslində bu postu daha əvvəl yazmalı idim. Ancaq hələ də gec deyil. Manatın gözlənilən devalvasiyası fonunda Təhsil Nazirliyindən gələn təqaüdlərin (dediklərim öz şəxsi hesabına oxuyanlara da aiddir) hesaba manat ilə yatırılması tələbələrin cibinə birbaşa təsir edəcək. Tutaq ki, Cənubi Koreyada təhsil alırsınız. Təhsil Nazirliyi (TN) sizin hesaba hər ay 1300 dollar olmaqla 10 aylıq təqaüd yatırır (13000 dollar). Ancaq bu təqaüdlər manat hesabı ilə açılır. Tutaq ki, təqaüd yerləşdirilən gün manatın dollara nisbəti 0.78 olur. Nəticədə, TN sizin manat hesabınıza 13000×0.78=10140 manat ödəyir. İndi təsəvvür edin manat ucuzlaşır və məzənnə 0.90 olur. Nəticədə, sizin pulunuzun dollarla dəyəri təxminən (təxminən deyirəm, çünki məzənnənin alışı və satışı arasında cüzi fərq olur və 0.90-dan biraz fərqlənə bilər) 10140/0.90= 11266 olacaq. Başqa sözlə, siz heç bir addım atmamış, necə deyərlər, durduq yerdə 13000 dollar əvəzinə 11266 dollara sahib olursuz. Təbii ki, manatın ucuzlaşması az olsa daha az pul itirirsiniz, daha çox olsa isə, daha çox itkiniz olur.

Ona görə, məsləhət görürəm ki, elə bugün, bu postu oxuyan kimi hesabınızdakı pulları yerli valyutaya çevirəsiz. Hətta manat ucuzlaşmasa belə, uduzmazsınız. Pulunuzun yerli valyutada olması sizi valyuta məzənnəsində volatilliyə həssas etməyəcək.
Əlavə: Yazının ilkin versiyasında nəzərdən qaçırdığım bir məqam oldu. Bəzi tələbələr təqaüdü manatla alırlar, ancaq yaşadığı ölkədə nə avro, nə də dollar işləyir. Tutaq ki, Avstraliyada tələbəsiniz. Manatın dollara qarşı zəifləməsi indiki şəraitdə sizin cibinizə ziyan vurur, bəli. Ancaq digər tərəfdən, Avstraliya dollarının özü də zəifləməyə meyllidir. Reserve Bank of Australia (Avstraliyanın Mərkəzi Bankı) bu yaxınlarda faiz dərəcələrini azaldıb. Bu, valyuta məzənnəsinin zəifləməsinə səbəb oldu. Deyilənə görə, faiz dərəcələri mart/aprel aylarında yenidən azaldılacaq. Belə olan halda, Avstraliya dollarının zəifləməsi sizin itkinizi (manat devalvasiya olduqdan sonra) kompensasiya edə bilər.Bu başqa ölkələrə (Korea, Türkiyə və s.) də aiddir. Yəni, manatın məzənnəsindən əlavə, yerli valyutanızın da qiyməti sizin nə qədər pulunuz olacağına birbaşa təsir edir.

Ancaq istənilən halda, inanıram ki, yerli valyutanızda olan oynamalar manatın devalvasiyasını tam kompensasiya edə bilməz.

4 comments on “Xaricdə oxuyan tələbələr: təqaüdlərinizi yerli valyutaya dəyişin

  1. Elşad Əzizov
    February 17, 2015

    MÜBARƏKDİR! Başlanğıc da əladır! Müvəffəqiyyətlər!

  2. Javid
    February 18, 2015

    Rashad, bele basha dushdum ki, Tehsil Nazirliyi hesaba pulu yatiranda ancaq manatla verir (13 000 USD’in kochurduyu gune olan manat ekvivalenti)? Yes?
    Eledirse, tamamile raziyam meslehetinle. Pul kochurulen kimi valyuta risklerinden sigortalanmaq ucun kocurulmelidi valyutaya.

  3. Rashad Hasanov
    February 18, 2015

    Javid, tam duz basha dushdun. hemin gune olan 13000USDni chevirir, manatla yerleshdirir hesaba. eslinde bezen xeyrine ola biler senin. meselen Avstraliya dollari USD ile munasibetde (dolayisi ile AZN ile) son 5 ilde en ashagi seviyyeye dushub. ona gore, burda oxuyan telebeler bundan xeyli qazandilar. amma manatin gozlenilen devalvasiyasi fonunda, avstaliya dollarinin tedricen ashagi-yuxari hereketi cuzidir. ona gore, sen demish, salamati pul oturan kimi, deyishib rikslerden qorunmaq lazimdir.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on February 17, 2015 by in İqtisadiyyat and tagged .

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com

Blog Stats

  • 45,330 hits
%d bloggers like this: