Rəşad Həsənovun veb səhifəsi

Azərbaycan iqtisadiyyatı haqda düşündüklərim

2012-ci ildə doktorantura təhsilimi başlayarkən ilk işim dissertasiya mövzuma uyğun məqalələr və kitablar oxumaq oldu. Qeyd edim ki, dissertasiya mövzum dünya iqtisadi böhranları ilə bağlıdır. Bu baxımdan, iqtisadi böhran yaşamış bəzi ölkələrdə iqtisadi proseslərin xronologiyasını öyrənmək  maraqlı idi.

Qəribədir ki, bir çox yazıları oxuyandan sonra “bu hadisələrin bir neçəsi Azərbaycanda da baş verib və ya baş verməkdədir” təəsüratı yaranırdı. Məsələn, Amerika İqtisadiyyat Assossiasiyasının (American Economic Association) 2011-ci ildə təşkil etdiyi konfransda Skandinaviya bank böhranına həsr olunmuş yazıdan kiçik bir hissəyə diqqət yetirin:

Skandinaviya krizisinin kökündə maliyyə sisteminin liberallaşdırılması durur. 1980-ci illərdə Finlandiya, Norveç və İsveçin maliyyə sistemində mühüm islahatlar aparıldı. Nəticədə banklar əhaliyə və biznesə daha çox kredit verməyə başladılar, iqtisadiyyata daha çox xarici kapital çəlb olundu. Bu isə öz növbəsində daşınmaz əmlakın qiymətinin bahalaşmasına, əhalinin istehlakının artmasına və qeyri-istehsal sahələrinin (xidmət və tikinti sahələrinin- R.H.) genişlənməsinə səbəb oldu. Bütün bunlar isə sabit valyuta məzənnəsi fonunda baş verirdi”.

Yuxarıda sadalanan prosseslərin bir çoxunun Azərbaycanda da baş verdiyini siz də müşahidə edirsinizmi?

Bundan başqa, bank böhranlarının nəzəriyyəsini oxuduqca potensial təhlükələrin hardan gələ biləcəyi haqda fikirlər formalaşmağa başlayırdı. Ona görə də fikirlərimi cəmləyərək Azərbaycan iqtisadiyyatı haqda silsilə yazılar yazmaq qərarına gəldim. Xüsusilə də, neftin qiymətinin ucuzlaşdığı bir dövrdə potensial təhlükələrin artması narahatlıq doğurur.

Təbii ki, mən bu yazılarla kiməsə məsləhət vermək, yol göstərmək niyyəti güdmürəm. Sadəcə bu yazıların ölkəmizdə gedən iqtisadi proseslərə neytral baxış kimi qəbul olunmasını arzu edirəm.

Birinci yazıda ölkə iqtisadiyyatı qarşısında duran mühüm potensial təhlükələr haqqında ümumi fikirlərimi bölüşmək istəyirəm. Növbəti yazılarda isə ayrıca olaraq bank sektoru, neft strategiyası, qeyri-neft sektorunun inkişafı kimi mövzulara toxunmağı planlaşdırıram.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on February 14, 2015 by in İqtisadiyyat and tagged .

Navigation

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com

Blog Stats

  • 45,330 hits
%d bloggers like this: